YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Heydər Əliyev İli ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. Növbəti tədbir “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər rayon filialında baş tutub.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə Heydər Əliyev İli elan olunub. Heydər Əliyev Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bu gün Ümummilli Liderin əsasını qoyduğu siyasət, ideyalar Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir.

DİGƏR Xəbərlər Arxiv