YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə Azərbaycan Gəncləri Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və 14 saylı ərazi partiya təşkilatının (Tibb Kolleci) birgə təşəbbüsü ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil edilib.

44 günlük Vətən müharibəsi qazilərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan Tibb Kollecinin direktoru Fikrət Zeynalov ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin tarixi əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, əsası Ümummilli Lider tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb.

Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin sədr müavini, qazi Pərviz Məmmədov, kollecin tələbələri Turanə Tağıyeva, Toğrul Abdullayev dövlətin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən danışıb.

Sonra “Ulu Öndər və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri, partiyanın işində fəallığı ilə seçilənlərə təşəkkürnamə təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv