YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir

Göygöl rayonunda Heydər Əliyev ili ilə bağlı hazırlanan Tədbirlər planına uyğun olaraq “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, , QHT nümayəndələri  və fəal gənclər iştirak etmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev isə çıxışında diqqətə çatdırıb ki, əsas hədəflərdən birinin gənclərin innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki  innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılmasıdır. Öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu qeyd edən V.İsayev Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.

Sonra YAP Göygöl rayon təşkilatının məsləhətçisi Semur Əsgərov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib.

Tədbirdə Rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Təhsil sektorunun müdiri Elnur Qasımov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Valeh Əsədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin direktoru Raul Abbaszadə, Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və digərləri çıxış edərək, gəncliyin inkişafı ilə bağlı görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıblar. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu qeyd ediblər.

DİGƏR Xəbərlər Arxiv