YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir

Ağdam rayon Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramlara yad ediblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Bildirib ki, bugünkü Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulub. Bu təməl prinsipinin banisi isə ümummilli lider Heydər Əliyevdir. Onun sözlərinə görə, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər ulu öndər Heydər Əliyevin gənclərə qayğısından, gənclərin ölkəmizin ictimai-siyasi həyatında, elmimizdə səmərəli rolundan danışıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv