YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” adl ı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan İmişli RİH başçısı Elçin Rzayev bildirib ki, ümummilli lider Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib.  Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə bir çox sərəncamlar imzalayıb, dövlət proqramları qəbul edib.

Ulu Öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” sözləri ilə çıxışına başlayan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, biz bu gün Azərbaycan vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq. Bu qürur bizdə davamlı inkişafda olan, bünövrəsi Ulu Öndər tərəfindən qurulmuş, günbəgün inkişaf edən, bayraqları uca zirvələrə qalxan güclü və sivil bir dövlətdə, doğma Azərbaycanımızda yaşamağımızdan irəli gəlir. Vurğulayıb ki, dövlətimiz gənclərin sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri üçün əlindən gələni əsirgəmir: “Düşünürəm ki, dövlətimizin gənclərə göstərdiyi qayğı və diqqət onların məsuliyyətini daha da artırır, ölkəmizin gələcək inkişafı üçün çiyinlərinə ağır və şərəfli yük qoyur”.

Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gəncliyin rolu artmaqdadır.

Sonda 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər fəxri fərmanla təltif olunub.

DİGƏR Xəbərlər Arxiv