YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Qarabağ qaziləri və rayonun fəal gəncləri ilə gorüş keçirilib

YAP Bərdə rayon təşkilatı "Heydər Əliyev ili" çərçivəsində 2 fevral - Gənclər gününə həsr edilmiş Qarabağ qaziləri və rayonun fəal gəncləri ilə gorüş keçirib.

Tədbir iştirakşıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinin yad edilməsilə başlanmışdır.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, dövlət gənclər siyasətindən danışmış, 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin gələcəyin gənclərdən asılı olduğunun bir an da unudulmaması, bilikli, savadlı, vətənpərvər gənclərin yetişməsinə dövlət qayğısının artırılmasının vacibliyi barədə fikirlərini ifadə etmişdir. Bildirmişdir ki, Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşərək nəyə qadir olduqlarını Vətən müharibəsində sübut etdilər: “Bu gün biz şəhid anaları və onların ailələri, Qarabağ qaziləri ilə qürur duyub fəxr edirik. Biz onların qarşısında baş əyirik”.

Partiya fəalı, rayon Gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli öz çıxışında dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirmiş, bütün xalqımızla birlikdə gənclərin ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birliyindən danışmışdır.

Tədbirdə Qaradağ qaziləri çıxış etmiş, döyüş yolları barədə danışmışlar. Qazilər Prezident İlham Əliyev və Birinci  vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən diqqət və qayğıdan söhbət açmış, onlara minnətdarlıqlarını ifadə etmişlər.

Öz sözünü Vətən müharibəsi şəhidlərinin fədakar təbliğatçısı olaraq hazırladığı video çarxlarda deyən Türkiyə Universitetində təhsil alan tələbə Nigar Bərdəli çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli  Vətən oğullarına minnətdarlığını dilə gətirmişdir.

Sonda Gənclər günü münasibətilə Qarabağ qazilərinə və rayonun fəal gənclərindən bir qrupuna hədiyyələr təqdim olunmuşdur.