YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Azərbaycanın Təbrizdəki baş konsulluğu fəaliyyətini davam etdirəcək

Tehrandakı səfirliyimizin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki baş konsulluğumuzun fəaliyyətinə şamil olunmur. Nəzərə almalıyıq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki baş konsulluğa müraciət edə bilərlər.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini əlavə edib ki, Təbrizdəki baş konsulluğumuzun mühafizəsi, orada çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin üzərinə düşür: "Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz. Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalı, bu öhdəliklər çərçivəsində müvafiq tədbirləri görməlidir".