YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi qarşıda duran tarixi məsələlərdən biridir

Bu gün 20 yanvar şəhidlərinin ailələri və həmin hadisələr zamanı əlil olmuş şəxslər Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət qayğısı ilə əhatə olunublar.

Bu sözləri yanvarın 19-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini əlavə edib ki, həmin şəxslərin sosial vəziyyəti daim Heydər Əliyev Fondunun və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir.

Xələf Xələfov bildirib ki, növbəti illərdə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi istiqamətində beynəlxalq təşkilatlar və ikitərəfli münasibətlər çərçivəsində müvafiq tədbirlərin görülməsi, addımların atılması xarici siyasətimizin qarşısında duran tarixi məsələlərdən biri kimi qalmaqdadır.