YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionun ən güclü dövlətinə çevrilib

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf yoluna çıxarmış müdrik xalqımız XXI əsrin başlanığıcında öz taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. 2003-cü ildə "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir” deyərək ölkə Prezidenti kimi fəaliyyətə başlayan cənab İlham Əliyev verdiyi vədə sadiq qalaraq ötən 19 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Ölkəmiz bu illər ərzində saysız-hesabsız uğurlara imza ataraq, böyük inkişaf yoluna çıxmışdır. Məlum olduğu kimi 10 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib və ölkəmizin çiçəklənməsi, xalqımızın maraqları naminə həyata keçirlən güclü siyasətimizin prioritet istiqamətlərini, həmçinin humanizm, tarixi ədalət prinsiplərinə əsaslanan bir sıra gələcək hədəflərimizi  ictimaiyyətin diqqətinə çatdırıb. Vətən müharibəsindən sonra dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir.

Ümumilikdə Prezident İlham Əliyev Azərbaycanın sosial, iqtisadi, ictimai-siyasi,  humanitar, sənaye və digər bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyini statistik faktlarla diqqətə çatdırdıb. Prezident İlham Əliyevin əhatəli və məzmunlu müsahibəsindən məlum oldu ki, həqiqətən də ölkə başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ötən illər ərzində öz uğurlu hədəfinə çatmaq üçün dünyada baş verən qlobal problemlərə-müharibələrə, pandemiyalara və digər cərəyan edən gərgin proseslərə baxmayaraq, bir an belə öz prinsipial, haqlı və qətiyyətli mövqeyindən çəkilmədən möhtəşəm uğurlara imza atmışdır. Bu gün də məhz mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın tətbiqini aktuallaşdırdığından dövlət başçısı hökumətin bu çağırışlara hazır olmasını da son dərəcə vacib sayır və aidiyyatı qurumların qarşısında mühüm vəzifələr qoyur.

Azərbaycanda eləcə də regionda alternativsiz milli lider olaraq qəbul edilən Prezident İlham Əliyev bu gün ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək və qalib xalqımızın milli maraqlarını layiqincə təmin etmək üçün əzmlə, yorulmadan güclü iradə ilə çalışır.