YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda dinamik inkişaf təmin olunub

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Azərbaycan dövlətinin idmana göstərdiyi diqqətin nəticəsində ölkəmiz dünyada idman ölkəsi kimi tanınıb. İdmançılarımızın əldə etdiyi uğurlar, ökəmizdə keçirilən beynəlxalq idman yarışları və bu sahədə görülən saysız-hesabsız işlər bunun bariz nümunəsidir. Hər il olduğu kimi ötən il də ölkəmizin idman tarixində uğurlu nəticələr yadda qalıb. Azərbaycan bu sahəni daim diqqət mərkəzində saxlayır, müasir tendensiyalar və çağırışlara uyğun olaraq inkişaf etdirir. Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında idman ictimaiyyəti və idmançılar qarşısında bir daha məqsəd və hədəflərdən söz açdı. Prezidentin qeyd etdiyi məqamlar ciddi tapşırıq kimi qəbul edilir.

Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olunub. Bu inkişaf ölkəmizin aparıcı sahələrindən olan idmanda da öz əksini tapıb. Ölkəmizin idmançılarının beynəlxalq yarış və turnirlərdə əldə etdikləri qələbələr, eləcə də Azərbaycanda keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri olduğunu təsdiqləyir. Ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan idman və gənclər siyasəti bu gün öz gözəl nəticələrini verməkdədir. 2023-cü il yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən möhtərəm dövlət başçımız da öz çıxışında qeyd edib  ki, idmançılarımız 2022-ci ildə beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar və onlardan 300-ə yaxını qızıl medaldır. Əlbəttə ki, bu, çox böyük nailiyyətdir.

Gənc idmançıların yetişdirilməsinin Azərbaycanda həyata keçirilən idman siyasətinin prioritet istiqamətlərindən biridir. İdman yalnız yarışlarda qazanılan qələbədən ibarət deyil, sağlam həyat tərzinin təbliğ və təmin edilməsində önəmli rol oynayır.

Ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək, orada beynəlxalq yarışlar keçiriləcək. Bu da idmanla yanaşı, ölkə turizminin uğurlu gələcəyinə, mədəniyyətimizin təbliğinə və inkişafına mühüm töhfələr verəcək.

Azərbaycanın hər bir sahədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə hazır olduğunu bildirib. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, eyni zamanda, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq nəinki paytaxt Bakı, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.