YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “M.Naxçıvani küç.29” (Azərbaycan İlahiyyat İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda tədbir keçirib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri Şahlar Əsgərov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, “M.Naxçıvani küç.29” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov, institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aİİ-nin rektoru, üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov Azərbaycan Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb. Ölkəmizdə mövcud multikultural mühit haqqında məlumat verən A.Şirinov bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli-mənəvi və multikultural dəyərlərin qorunmasına daim xüsusi önəm verib. Rektor xatırladıb ki, 1994-cü ildə Bibiheybət məscid-kompleksinin bərpa olunması üçün verilən qərar Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərilən diqqətin bariz nümunəsidir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, tarixi İpək Yolu üzərində yerləşən, Şərqlə-Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində prioritet istiqamətlərdən birinə çevrilib. B.Nəbiyev ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov ümummilli lider Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayıb. O, YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqlarımızın ifadəçisi olmasıdır.