YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın məqsədi regionda əbədi sülhün təmin edilməsidir

"Azərbaycan Prezidenti hər zamankı kimi xalqımıza hesabat verdi, eyni zamanda, ölkə qarşısında duran məsələlər barədə öz fikirlərini bölüşdü”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, 2022-ci ilin tariximizdə yadda qalan hadisələrlə dolu oldu: "Tarixi Qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi üçün bir sıra ciddi addımlar atıldı, işğaldan azad olunan ərazilərimizin bərpası üçün böyük işlər görüldü. Azərbaycan beynəlxalq aləmdə öz nüfuzunu daha da artırıb. İnsanlarımızın yaxşı yaşaması üçün əhəmiyyətli addımlar atılıb. İnflyasiya aşağı səviyyədədir, yeni iş yerləri açılır, vətəndaşların sosial problemlərinin həlli dövlətin və şəxsən cənab Prezidentin diqqətindədir. Bütün bunlarla yanaşı, Azərbaycanın məqsədi regionda stabilliyin və əbədi sülhün təmin edilməsidir. Bunun üçün ilk növbədə bu regionda yerləşən dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalı, münasibətlərdə sülhü, qarşılıqlı maraqları əsas götürməlidir. Təəssüf ki, biz Ermənistan tərəfindən bunu görə bilmirik. Ermənistan hələ də “bəlkə də, qaytardılar” təfəkkürü ilə yaşayır. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil, o, güclü dövlətçiliyi, ordusu olan bir ölkədir. Cənab Prezidentin "Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq" mövqeyi Azərbaycan xalqının qətiyyətinin göstəricisidir. Nəzərə almaq lazımdır ki, bu, tək Azərbaycanın deyil, Ermənistanın da maraqlarını əks etdirir. Bu dəhliz təkcə Azərbaycan və Ermənistan dövlətlərini deyil, dünyanın böyük ölkələrinin də marağındadır”.