YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda Həmrəylik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının inzibati binasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilat əməkdaşları, rayon üzrə ərazi partiya təşkilatlarının sədrləri və partiya üzvləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bu günün tarixi önəmindən bəhs edən sədr xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu söyləyib. Ərazi bütövlüyümüzə təhdidlərin hələ bitmədiyini söyləyən M.Nağıyev bütün dünyada yaşayan soydaşlarımızın müstəqil və azad Azərbaycan Respublikasının ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib.

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı tarixən xalqımızın ən çətin anlarda birlik nümayiş etdirdiyini bildirib, tarixi qələbələrin qazanılmasında həmrəyliyin rolundan danışıb.

“91-lər”dən biri Ədalət Fərəcov çıxış edərək həm  Azərbaycanda, həm də dünyada yaşayan azərbaycanlılar üçün 31 dekabr tarixinin əhəmiyyətindən bəhs edib, bu əlamətdar günün məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha da təntənəli şəkildə qeyd edildiyini deyib.

“Lermontov küçəsi 74” üzrə ərazi partiya təşkilatının sədri Elçin Əhmədov, “Neftçilər prospekti 24” üzrə ərazi partiya təşkilatının sədri İmmiyə Zamanova, partiya veteranı Rizvan Vahabov, partiyanın fəal üzvləri Gülbəniz Abbasova, Bəhlul Əsədov çıxışlarında əldə olunan tarixi zəfərlərin istər ölkəmizdə, istərsə də dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın birliyi vasitəsilə qazanıldığını söyləyiblər.