YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycanla münasibətlərimiz ən yüksək zirvəyə yüksəlib

Azərbaycanın öz ərazilərindəki təbii sərvətlərinə sahib çıxması tam şəkildə qəbul ediləndir. Hər sahədə olduğu kimi bu məsələdə də Azərbaycanın yanındayıq. Ermənistanla normallaşma prosesini Azərbaycanla məsləhətli qaydada davam etdiririk.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında ifadə edib.

Türkiyə, Azərbaycan və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünü, eləcə də Türkiyə-Azərbaycan-Qazaxıstan, Türkiyə-Azərbaycan-Özbəkistan nazirlər toplantılarını tarixi proses kimi dəyərləndirən nazir Mövlud Çavuşoğlu deyib ki, Can Azərbaycanla münasibətlərimiz mümkün olan ən yüksək zirvəyə yüksəlib.