YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

O gün mütləq gələcək

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşü daha çox dəfələrlə dədə-baba torpaqlarından didərgin düşməyə məcbur edilmiş topluma mənəvi dəstək idi. Bu, insanların-1988-1991-ci illərdə Qərbi Azərbaycanı tərk etməyə məcbur edilmiş, yurdundan qovulmuş 50 mindən çox ailəyə sanki bir ümid çırağı bəxş etmək idi.

Qərbi Azərbaycanda erməni əsarətində qalan 300-ə yaxın yaşayış məskəni, 130 səfalı kənd öz doğmalarının yolunu gözlədiyi bir zamanda dünyaya verilən “Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” mesajı sanki susmuş vicdanları silkələdi. Xankəndində-xalqımıza məxsus torpaqda məskunlaşan ermənilərin muxtariyyət arzusu əslində bizim Qərbi Azərbaycana qayıdış arzumuzun müqabilində əsası olmayan bir məsələdir. Biz tarixi torpaqlarımızın, yurd yerlərimizin, babalarımızın ruhu dolaşan məskənlərimizin haqlı varisləriyik və cənab Prezidentimiz bunu aydın şəkildə öz nitqində səsləndirərək tarixi yaddaşı hər bir azərbaycanlanın diqqətinə çatdırdı: “Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar...”

Artıq tarix dəyişib. Zaman öz sözünü deyir. Bu gün Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq, orada öz müxtariyyətlərini qurmaq hüququ var. Biz illərlə susmuşuq. İllərlə danışan dilimiz olmayıb. Zamanın gedişi tarixin təkərini fırladıqca həqiqətlər üzə çıxır. Bu həqiqətləri dünyaya çatdırmaq, arzuları reallığa çevirmək nəinki təkcə Qərbi azərbaycanlılardan, eyni zamanda bütün dünya azərbaycanlılarından öz dəstəyini gözləyir. Həm daxildə, həm də xaricdə görülməli işlərimiz çoxdur. Dövlət başçımızın Qərbi azərbaycanlılarla görüşdəki çıxışı hər birimiz üçün stimul, icra xəritəsi olmalıdır. Əlimizdə kifayət qədər əsas var. Tarixi sənədlər, xəritələr, abidələr var. Ermənilər yurd yerlərimizə nə qədər təcavüz etsələr də, tariximizi silməyə çalışıb qəbirləri, abidələri dağıtsalar da, tarixi xəritələr bu yerlərin Azərbaycana aid olduğuna şahidlik edə bilər. Bu yolda mübarizədən çəkinməmək, dünya azərbaycanlılarının dəstəyindən istifadə etmək, internetin imkanlarından yararlanmaq, təbliğat kompaniyasını genişləndirmək, Qərbi Azərbaycan, onun ziyalıları haqqında məlumatlar paylaşmaq, bu yerlər, Qərbi Azərbaycanın coğrafiyası, tarixi, ədəbiyyatı, məşhur ziyalıları haqqında nəşrlər etmək günün vacib məsələsinə çevrilməlidir. Tariximizi bizdən almağa, tarixi yaddaşımızı pozmağa heç kəsə-xüsusən də mənfur düşmənə imkan vermək olmaz.

Dövlət başçımızın Qərbi Azərbaycan icmasının yerləşdiyi binanın açılışında iştirakı və bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşü artıq böyük bir başlanğıcdan xəbər verir. Bu bina 1280 kvadratmetirlik bir sahədə yerləşir və gələcəkdə təşkilatın mərkəzi kimi öz fəaliyyətini genişləndirmək imkanlarına malikdir. Burada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, həmçinin Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomaterialların nümayişi Qərbi Azərbaycanın dünyaya tanıtımında mühüm addımdır və bütün ziyalılarımız bu məqamdan bəhrələnərək Qərbi Azərbaycanı dünyaya tanıtmaqda Azərbaycan Diasporunun fəaliyyətinə dəstəkləyici mühitin yarandığına əyani təsdiqdir.

Dövlət başçısının çıxışı artıq Qərbi azərbaycanlılar üçün daha korporativ fəaliyyət göstərmək, özünü bir təşkilat, bir qurum olaraq həm daxildə, həm xaricdə tanıtmaq, vacib problemlərin həlli üçün dövlət dəstəyi almaq və öz işini Prezidentin tövsiyələrinə uyğun qurmaq üçün Qərbi Azərbaycan icmasının fəaliyyətinin  məqsədyönlü aparılmasına təkan verəcəkdir. Bu mənada icma öz fəallağını artıraraq Azərbaycan çərçivəsində beynəlxalq müstəviyə çıxmalı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini birləşdirməlidir.