YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını əbədi zəbt edəcəyini düşünürdü

Ermənistanla Rusiya arasında bəzi strateji problemlər var. Ermənistan düşünürdü ki, onun işğalçılıq siyasəti birmənalı olaraq Rusiya tərəfindən dəstəklənəcək, Azərbaycan torpaqlarını əbədi olaraq zəbt edəcək.

Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"2018-2019-cu illərdə Ermənistan rəhbərliyi özünü elə aparırdı ki, guya Rusiyadan asılı deyil, müstəqil dövlətdir. Qərblə bəzi layihələr həyata keçirmək istəyirdi. Hərbi cəhətdən işğalçılıq siyasəti isə Rusiya tərəfindən dəstəklənəcək. 2019-cu ildən bu yana Madrid prinsipləri ilə bağlı Ermənistan heç bir addım atmayıb. Bunlar Rusiya tərəfdən mənfi qəbul edilib. Rusiya müəyyən dərəcədə Ermənistanı dəstəkləmir. Ermənistan və Rusiya arasında bu fundamental fikir ayrılığı davamlı olacaq", - deyə Fərid Şəfiyev qeyd edib.