YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində qoşunlar peşəkar kadrlarla komplektləşdirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən dekabrın 27-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində 2022-ci ilin yekunlarına dair toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toplantıda Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzələr dinlənilib.

Müdafiə nazirinin növbəti ildə şəxsi heyətin qarşısında qoyduğu tapşırıqlar aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.

Sonda bu ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.