Xəbərlər
Rəhman Mustafayev Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda Azərbaycanın daimi nümayəndəsi təyin edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.