YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Şair Heydərovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova, rayon təşkilatının və RİH-in əməkdaşları rayonun Mucuq kəndində şəhid Şair Camal oğlu Heydərovun ailəsini ziyarət ediblər.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov və RİH başçısının müavini Zoya Eldarova şəhid ailələrinə və qazilərə dövlət qayğısından söz açıblar.

Ziyarətçilər Şairin şəhadətindən sonra dünyaya göz açan övladına hədiyyələr təqdim ediblər.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan ordusunun kəşfiyyatçısı şəhid Şair Heydərov sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində ordumuza qarşı törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.