YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Zəfərin memarı

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı “Böyük Zəfərin memarı” mövzusunda tədbir keçirib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycanı böyük iqtisadi uğurlara qovuşduran Prezident İlham Əliyevin növbəti seçkilərdəki qələbələri bir daha göstərdi ki, xalq ona böyük ümid bəsləyir və seçimində yanılmayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında daim “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyib və bu gün hər bir vətəndaşımız bu sözlərin təsdiqinin şahidi olurlar. Prezident İlham Əliyev bizim tarixi qələbəmizin memarıdır.

Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Böyük Qələbə nəticəsində yaranmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyindən xəbər verir.

İqtisad elmləri doktoru Aqil Əsədov vurğulayıb ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.  Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb.

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, BDU-nun dosenti Rəşad Qardaşov və digər çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin memarı Prezident İlham Əliyevdir: “O, hələ müharibədən əvvəl qətiyyətlə qeyd edirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacağıq. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir”.

Sonra YAP-ın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup partiya üzvünə fəxri fərman təqdim olunub.