YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ata vəsiyyətini layiqincə yerinə yetirən Lider

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı tərəfindən “Ata vəsiyyətini layiqincə yerinə yetirən Lider” mövzusunda ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 illik çoxşaxəli fəaliyyətindən danışıb, onun ata vəsiyyətini layiqincə yerinə yetirdiyini, xalqın etimadına və inamına arxalanaraq torpaqlarımızın işğaldan azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasının yerinə yetirildiyini diqqətə çatdırıb.  Azərbaycanın son 19 ildə əldə etdiyi bütün uğurların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Vüqar İsayev ölkə rəhbərinin vaxtında və qətiyyətlə verdiyi qərarlarla ölkəmizin regionda lider dövlətə çevrildiyini, Prezident İlham Əliyevin isə tarixə qüdrətli hərbi lider kimi düşdüyünü qeyd edib.

Digər çıxışlarda da aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin xeyli yaxşılaşdığı, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasının təmin edildiyi bildirilib. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.