YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun anası Gülnaz xanımı doğum günü ilə əlaqədar yaşadığı evdə ziyarət ediblər.

Şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətləri olduğu, onların xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu vurğulanıb.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.