YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Son illərdə əldə olunan nailiyyətlər Azərbaycanı qüdrətli dövlətə çevirib

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşəbbüsü ilə Zərqova, Kələnov kənd ərazi partiya təşkilatlarında ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin 19 illik uğurlu fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının üzvləri, partiya fəalları və gənclər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir: “Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. “Dəmir yumruğu”n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib”.

Kələnov kənd ərazi partiya təşkilatının sədri Fərman Tahirov, partiya üzvü Fuad Hacıbabayev bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrildiyini vurğulayıb, partiyanın fəaliyyəti və həyata keçirdiyi uğurlu siyasətdən bəhs ediblər.