YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin xatirəsi anılıb

Ağstafada Vətən müharibəsi şəhidi Məmmədov Etibar Səday oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Yaradullu kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra tədbir iştirakçıları Etibar Məmmədovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb, dərin hüznlə başsağlığı veriblər.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Etibar Məmmədov 2020-ci ildə Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.