YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın-Xankəndi yolu: Aksiya iştirakçılarının səsi artıq bütün dünyada eşidilir

Laçın-Xankəndi yolunda 15 gündür iradə nümayiş etdirən etiraz aksiyasının iştirakçıları tələbələrini lazımi ünvanlara çatdırmağı bacarıblar. Onların səsləri artıq bütün dünyada eşidilir. Son vaxtlar dünyanın müxtəlif ölkələrindən aksiya iştirakçılarına ünvanlanan dəstək bəyanatları bunu deməyə əsas verir.

Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır. Yeni gələn könüllülər də aksiyaya qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlar ilə bağlı ilkin monitorinqin aparılmalı olması barədə yüksək səslə şüarlar səsləndirirlər.