YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiya-Azərbaycan əlaqələri yeni inkişaf mərhələsində

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan və Serbiya münasibətləri inkişaf edərək çox yüksək səviyyəyə çatıb. Ölkələrimiz artıq strateji tərfdaşdırlar. İki ölkə arasında strateji tərfdaşlığa dair bir neçə sənəd imzalanıb. Azərbaycan-Serbiya əlaqələrinin dinamikası çox müsbətdir. Noyabr ayında Prezident İlham Əliyev Serbiyada rəsmi səfərdə olmuş, ölkələrimiz arasında bir çox sahələrdə əməkdalıqla bağlı sənədlər imzalanmış, bir sözlə ölkə başçsısının səfəri zəngin proqramı ilə yadda qalmışdır. Bu ayın 21-də isə Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəmizə səfər etmiş və bir çox sahələrdə əməkdaşlıqla bağlı razılaşmalar əldə olunmuşdur.

Serbiya da Azərbaycan kimi dünyada ikili standartlarla üzləşmiş ölkədir. Lakin eyni ilə Azərbaycan kimi Serbiya da müstəqil siyasət yürüdən ölkədir. Dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev bildirmişdir ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi arzusundayıq və bu qərarların icra edilməsi ilə əlaqədar hökumət üzvlərinə müvafiq göstərişlər verilib. Bütün bunlar deməyə əsas verir ki,  ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirilmədən icra olunacaqdır.

Azərbaycan və Serbiya arasında əməkdaşlıq ticarət, nəqliyyat-logistika, müdafiə sənayesi və energetika sektoru  kimi sahələri əhatə  edir. Əldə edilmiş razılıqlara əsasən isə bu və digər sahədə əməkdaşlıqlar daha da genişləndiriləcəkdir. Müdafiə sənayesi sahəsi ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Həm Serbiyanın, həm də Azərbaycanın bu sahədə müvafiq potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Hər iki ölkənin böyük potensiala malik olduğu sahələrdən biri də nəqliyyat-logistika sahəsidir. Məlum olduğu  kimi Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Bu sahədə bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının gördükləri fəal işlər nəticəsində artıq lazimi təmaslar yaranmışdır.

Son vaxtlar Azərbaycan və Serbiya arasında energetika sektorunda əməkdaşlıq məsələsi daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz təbii resurslarını artıq Avropa qitəsi, o cümlədən Serbiyaya qonşu olan ölkələr də daxil müxtəlif istiqamətlər üzrə ixrac edir. Azərbaycan və Serbiya arasında həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar vardır. Bununla bağlı ölkələrimiz arasında müvafiq danışıqlar da aparılmışdır. Belə ki, gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.  Bundan əlavə, əldə edilmiş razılaşmaların icrası nəticəsində ölkələrimizin ticarət dövriyyəsi artacaq və ticarət sahəsində aparılan əməkdaşlıq öz müsbət nəticələrini verəcəkdir.