YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhid ailələri və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının, Quba Rayon İcra Hakimiyyətinin və “Vətən naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrinin və qazilərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov, RİH-in məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tanınmış incəsənət ustalarının və mədəniyyət işçilərinin musiqi kompozisiyaları təqdim olunub. Şəhid övladlarına bayram hədiyyələri verilib.