YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunan rayonlarımız üçün yeni dövr başlayıb

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan  böyük iqtisadi inkişaf potensialına malik olan dövlətdir. Bu gün ölkəmizin bütün bölgələrində sosial infrasturuktur layihələri uğurla icra olunur, şəhərə və kəndlərimizin siması əsaslı şəkildə dəyişir, yeni işyerlərinin açılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun məntiqi nəticəsidir.

Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir. Azərbaycan Beynəlxalq müstəvidə siyasi, iqtisadi və strateji cəhətdən böyük nüfuz sahibi olan ölkədir.

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.

44 günlük  Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə layiqli və sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.

Tarixi zəfərdən sonrakı dövr ərzində ölkə Prezidentinin müvafiq tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verilmişdir. Erməni vandalları 30 illik işğal dövründə şəhər və kəndlərimizi, tarixi mədəniyyət abidələrimizi məhv etmiş, dövlətimizə ciddi maddi və mənəvi ziyan vurmuşdur. Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla davam etdirir.

İşğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir sıra strateji əhəmiyyətə malik obyektlərin inşası istiqamətində qısa müddət ərzində böyük işlər görülmüşdür və bu proses bu gündə uğurla davam etdirilir.

Bu gün işğaldan azad olunan rayonlarımız üçün yeni dövr, yeni həyat başlayıb və bu yeni həyatı, yeni nəfəsi və yeni dövrü bəxş edən isə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.