YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda vətəndaş qəbulu keçirilib

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaş qəbulu keçirib. RİH-in inzibati binasında baş tutan görüşdə deputat və başçı vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıblar.

Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, abadlıqla bağlı müraciət ediblər. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb. Eyni zamanda, deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün müvafiq orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.