YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş katib: Laçın dəhlizi KTMT-nin səlahiyyət zonasına daxil deyil

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hesab edir ki, Laçın dəhlizi məsələsi qurumun səlahiyyət zonasına daxil deyil.

Belə bəyanatla KTMT-nın Baş katibi Stanislav Zas çıxış edib.

O bildirib ki, Ermənistandan Laçın dəhlizi ilə bağlı müraciət daxil olmayıb. “Biz hesab edirik ki, bu məsələ KTMT-nin səlahiyyət zonasından kənardadır”, - deyə S.Zas vurğulayıb.