YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BQXK-nın avtomobillərinin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidi təmin edilib

Dekabrın 20-də aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Dekabrın 19-da da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etmişdi. Azərbaycan tərəfi isə müraciətə dərhal cavab vermiş və keçid uğurla təmin olunmuşdu.

Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.