YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhimdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət dekabrın 3-dən etibarən  Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə ölkəmizin dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneəçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Məhz Şuşa-Laçın yolunda həyata keçirilən bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Demək vətəndaş cəmiyyətinin bu mövqeyi diqqətə alınmalıdır. Bizim həmin ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun reallaşmalıdır.

Bizim ərazilərimizdə baş verən hadisələrə Ermənistan hökümətinin reaksiyası onu göstərir ki, onlar hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyiblər. Onların bu hərəkətləri Nikol Paşinyanın Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Belə cinayətlər işğalçı ölkə üçün hüquqi məsuliyyət yaradır. Ermənilər öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozurlar.

Son günlər ermənilərin böhtan kampaniyası daha da vüsət alıb. Guya ki, etirazçılarımız Laçın yolunun bağlayıblar və hümanitar fəlakət yaşanır. Yalan-yalan üstünə verilən bu bəyanatlar ona hesablanıb ki, gözlənilən sülh müqaviləsindən imtina etsinlər.

Bəli, Azərbaycanlı ictimai fəalların, QHT nümayəndələrinin və ziyalılarının bu aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri isə sadəcə talan edilmiş təbii sərvətlərin qansuz daşınmasının qarşısını almağa çalışır.