YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlıq platforması böyük uğurlar vəd edir

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Azərbaycan-Türkiyə-Türkmənistan  üçlüyü dünyadakı yeni reallıqlara uyğun olaraq birgə fəaliyyətin gələcək konturlarını müəyyənləşdiriblər. Prezidentlərin I Zirvə Görüşü, orada aparılan danışıqlar, imzalanan sənədlər türkdilli ölkələr arasında münasibətlərin inkişafına da böyük töhfə verəcək.

Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Türklərin oğuz boyundan olan, beləliklə eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik Azərbaycan və Türkmənistan xalqlarını dil və din eyniliyi birləşdirir. Hələ SSRİ dövründən başlayan sıx əlaqələr respublikalar müstəqillik əldə etdikdən sonra daha da inkişaf etdirilib. Son dövrlər hər iki dövlət başçısının qarşılıqlı səfərləri, ölkələrimiz arasında münasibətləri irəliyə aparmaq istiqamətində onların atdığı addımlar Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə açıb.

Prezidentlərin geniş tərkibdə görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45 faiz artaraq 5 milyard dollara çatdığını söyləyib. Bildirib ki, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın sərmayə yatırılıb. O, bu il Türkmənistanla ticarət dövriyyəsinin də 5 dəfə artdığını diqqətə çatdıraraq, bunun rekord göstərici olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atdığını da dilə gətirib. Deyib ki, ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Prezident bildirib ki, bu layihələr öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Dövlət başçısı hər üç ölkədə bu sahəyə qoyulan sərmayələrin yeni, müasir infrastrukturun yaradılmasına xidmət etdiyini diqqətə çatdırıb.

Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur . Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib  ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.

Son zamanların geosiyasi hadisələri Azərbaycanı önəmli tranzit ölkəsinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Tranzit daşımalarından danışarkən Zəngəzur dəhlizi və onun gətirəcəyi üstünlüklərdən mütləq söz açmalıyıq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Səfər çərçivəsində imzalanmış sənədləri və Memorandumu nəzərdən keçirərkən əminliklə demək olar ki, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur və bu əməkdaşlıq müasir infrastrukturun yaradılmasına xidmət edəcək.

DİGƏR Xəbərlər Arxiv