YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq platformaları yaradılacaq

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq platformalarının yaradılması müzakirə olunur.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşü barədə məlumat verən nazir deyib: “Görüşdə türk dövlətlərinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulanıb, üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq platformalarının yaradılması barədə müzakirələr aparılıb”, - deyə M.Cabbarov qeyd edib.