YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azərbaycan, Türkiyə və Türkmənistanın dəniz limanları arasında əməkdaşlığın təşviqi vacibdir

Münasibətlərimizin üçtərəfli formatda inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Əminik ki, bu xüsusda regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsi nəticəsində ciddi nailiyyətlər əldə olunacaq.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin Türkmənistanın Avaza şəhərində keçirilən iclasında deyib.

Bu il Azərbaycan ərazisindən beynəlxalq yükdaşımaların həcmində təqribən 70 faiz artımın olduğunu qeyd edən nazir ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, eyni zamanda, tarif məsələlərinin əlaqələndirilməklə nizamlanması istiqamətində səmərəli birgə tədbirlərin görülməsinin önəm kəsb etdiyini vurğulayıb.

Ceyhun Bayramov Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrin tranzit potensialının gücləndirilməsi üçün səylərin artırılması, Azərbaycan, Türkiyə və Türkmənistanın dəniz limanları arasında əməkdaşlığın təşviq edilməsinin vacibliyini bildirib.