YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin xatirəsi Mingəçevirdə də dərin ehtiramla anılıb

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev - tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən ŞİH başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. O, Mingəçevirin sosial-iqtisadi inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərindən danışıb. Qeyd edib ki, Mingəçevir məhz Ulu Öndərin fəaliyyəti nəticəsində böyük sənaye və energetika şəhərinə çevrilib.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə xüsusi xidmətləri olan tarixi şəxsiyyətdir”, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri,   siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova “Heydər Əliyev şəxsi keyfiyyətlərə malik olan dövlət xadimidir”, Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Heydər Əliyev əməlləri ilə qəlbimizdə yaşayan əbədiyaşar liderdir”, Mingəçevir ŞİH-in hüquq şöbəsinin baş məsləhətçisi Cavid Məmmədov “Müasir Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf  yolunun davamıdır” mövzularında çıxış ediblər.