YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatında Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ümummilli Liderin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev vurğulayıb ki, Ulu Öndərin siyasəti nəticəsində Azərbaycan inkişaf edib, onun beynəlxalq aləmdə nüfuzu yüksəlib, ölkəmiz yeni iqtisadi uğurlara imza atıb.

Digər çıxış edənlər diqqətə çatdırıblar ki, ümummilli lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafına çalışıb. Dahi rəhbər Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.