YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada Ulu Öndərin xatirəsi ehtiramla anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycanı daim qələbələrə aparan Ulu Öndər yolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb.

Tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, ərazi partiya təşkilat sədrləri Xədicə Əliyeva, Kübra Səmədova və Astara Pedaqoji Kollecin tələbəsi, fəal gənc Zəhra Babayeva çıxışlarında bildiriblər ki, çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər əbədiyaşar dahiyə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır.