YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda Ulu Öndərin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Telekommunikasiya qovşağı ərazi partiya təşkilatında “Heydər Əliyev və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Telekommunikasiya qovşağı ərazi partiya təşkilatın sədri Şahid İbrahimov, “Aztelekom” MMC Aran Regional filialının müdiri Rasim Ağayev, YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat veriblər. Bildirilib ki, müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xidmətləri hər zaman böyük minnətdarlıq hissi ilə xatırlanır. 

Partiya fəalları Raisə Şərifova, Müjgan Əliyeva, Çiçək Sadıqova, Əli Səmədov, Möhübbət Mustafayev çıxışlarında qeyd ediblər ki, 2003-cü ildən sonra müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu və əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyev yoluna sədaqətin nəticələridir.