YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ehtiramla anılır

Gədəbəy rayonu Səbətkeçməz kəndində şəhid Əliyev Bəybala Fazil oğlunun şəhadətinin ikinci ildönümü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimyyəti başçısı Aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev, kənd sakinləri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Şəhidin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.