YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər siyasətinin banisi” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Zəfər siyasətinin banisi” adlı tədbir keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Elnur Allahverdiyev, Ülvi Quliyev, Səbinə Xasayeva, Yasamal rayon məhkəməsinin sədri İslam Əliyev, Yasamal rayon prokuroru Elman Süleymanov, Dövlət Təhlükəsizlik Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Pərvin Əsədov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov,  Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və bu gün biz bundan faydalanırıq. Əminlik ifadə edib ki, müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də daim ürəklərdə yaşayacaq.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, onun ətrafında dəmir yumruq kimi birləşib.

Tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təqdimatında bədii kompozisiya ilə yekun vurulub.