YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin xatirəsi anılıb

Ağstafada Vətən müharibəsi şəhidi Əhmədov Mahmud Fərman oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Abdullayev Nihad Adil oğlunun, Həsənov Elnur Elman oğlunun, İbrahimov Elçin Rövşən, Mustafayev Ramiz Bağman oğlunun, Orucov Xudayət Vilayət oğlunun və Əliyev Tahir Çingiz oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları Mahmud Əhmədovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Mahmud Əhmədov 2020-ci il noyabr ayının 18-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına  görə” medalları ilə təltif edilib.