YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 30 illiyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Babək prospekti, 10G” ərazi partiya təşkilatında partiyanın yaranmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının inkişaf tarixinə həsr edilmiş video çarxa baxılıb.

Çıxış edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, QSC-nin baş direktorunun müavinləri Yaqub Ağasiyev, Eldəniz Həsənli və başqaları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Qeyd edilib ki, YAP-nın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu günü-gündən artmaqdadır.

Sonda bir qrup partiya veteranına, fəallarına və Vətən müharibəsinin iştirakçılarına “Təşəkkürnamə”lər, Fəxri fərmanlar təqdim edilib.