YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə YAP-ın 30 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Sonra ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri Mahir Hacıyev Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyib.

YAP Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev, partiya fəalları Qafar Məmmədov və Aytən Əliyeva torpaqlarımızın işğaldan azad edilməsinin Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu bildiriblər.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.