YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər isə qürur mənbəyimizdir

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılıb. Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhid Babaxanov Elman Ağamirzə oğlunun şəhadətinin ikinci ildönümündə, şəhid Tanrıverdiyev Nicat Şöhrət oğlunun isə doğum günündə əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.