YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşəbbüsü ilə partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur.

Tədbirdə Darquba kənd ərazi partiya təşkilatının sədri Mais Kazımov, rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Reyhanə Sadıxova, “İ.Səmədzadə” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Ruhəngiz Həsənova,  partiya fəalı Namiq Bağırov çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyiblər.

Sonda Lənkəran rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.