YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şəhidlərin xatirəsi ehtiramla anılıb

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Biləsuvar rayonunun Ağalıkənd kəndindən olan şəhid Xanalıyev Ziyəddin Ariz oğlunun, Təzəkənd kəndindən olan şəhid Əhmədli Elməddin Gülverən oğlunun, Əliabad kəndindən olan şəhid İsayev Rahət Rafət oğlunun və Günəşli kəndindən olan şəhid Baloğlanlı Elşad Elşən oğlunun şəhadətlərinin ikinci ildönümləri qeyd olunub.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanlı, rayon təşkilatının nümayəndələri, partiya fəalları iştirak ediblər.

Şəhidlərimizin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.