YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası şanlı və əzəmətli ənənələrə malikdir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi inkişaf yolundan bəhs etmək hər birimiz üçün böyük qürurdur. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən də məhz həmin dövrün reallıqları idi. Belə ki, həmin illərdə Azərbaycanın yaşadıqlarının gələcəyi üçün müsbət heç nə vəd etmədiyini görən, baş verənlərdən böyük narahatlıq hissi keçirən ziyalılarımız Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə ünvanladıqları müraciətdə bildirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişafı istiqamətləri həm müəyyənlşdirilər, həm də uğurlu addımlar atılar.

Ümummilli Liderin dövlətinə, xalqına bağlılığından irəli gələn müraciətə  cavabında Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inam ifadə edərək, əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirdi.

1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası kimi tanındı. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyaya xalqın inamı böyükdür. YAP Proqramında hədəflərini açıqlayaraq onların həyata keçirilnəsi istiqamətində davamlı addımlar atdı. Bir mühüm məqamı da qeyd edək ki, partiya yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində oldu.

Azərbaycanın bu gününü və gələcəyini düşünərək möhkəm təməl yaradan ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir çıxışı, ən yüksək tribunalardan səsləndirdiyi fikirlər dünyaya nümunə göstərilən inkişaf modelimizin təqdimatıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının ötən il tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı həm ölkəmizin, həm də partiyanın qarşısında dayanan vəzifələrin açıqlanmasında əhəmiyyətli rol oynadı. Prezident, YAP Sədri İlham Əliyev bir daha bu əminliyi böyük qürur hissi ilə ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində dayanacaq. Yeni Azərbaycan Partiyası şanlı və əzəmətli ənənələrə malik olan Partiyadır!