YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP “Biz birlikdə güclüyük!” çağırışını edir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini qeyd edir. Hər bir əlamətdar tarixi gün keçilən yola qısa baxış keçirməyi bir zərurət kimi qarşıya qoyur. 30 il Yeni Azərbaycan Partiyasının həyatında hansı əlamətdar hadisələrlə, eyni zamanda, möhtəşəm uğurlarla yadda qaldı?

21 noyabr 1992-ci il tarixindən bugünədək atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, dövlətə, xalqa xidmət görülən bütün işlərin, müəyyənləşdirilən hədəflərin əsasını təşkil edir. 30 ildə partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini qazanması, özünə inamı, etimadı artırmasıdır. Bunun da əsasında partiyanın sözlə əməl birliyi, populizmdən uzaq olması dayanır. Yeni Azərbaycan Partiyasına milyonların sevgisini şərtləndirən əsas amillərdən biri adının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun laqiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir.  Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, hər birində öz payı olan Yeni Azərbayan Partiyası yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də ölkəmizin mövqeyinin möhkəmlənməsinə öz töhfələrini verir. YAP Proqramında əksini tapan bütün hədəflərə nail olub. Yeganə məsələ Qarabağ münaqişəsinin həlli idi ki, iki il bundan əvvəl dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Tarixi Zəfərimiz bölgədə və dünyada reallıqlar yaratdı. Həmçinin ölkə daxilində də bu reallıqlar bütün sahələrdə islahatlara yol açdı. YAP-ın VII qurultayının keçirilməsini zəruri edən məhz Qələbəmizin yaratdığı reallıqlar, eyni zamanda, yeni dövrün bütün məsələlərini özündə ehtiva edən yeni Nizamnamə və Proqramın qəbul olunması idi. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya hər zaman fəaliyyətində bu prinsipləri öndə saxlayır. Siyasi sistemin təkmilləşdirilməsində YAP-ın rolu inkaredilməzdir. Yeni Azərbaycan Partiyası böyük ənənələri olan partiyadır.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası bütün sahələrdə inkişafa dəstək olmağa səy göstərir. “Yeni müstəqil Azərbaycan uğrunda” devizini “Biz birlikdə güclüyük!” çağırışının əvəzləməsi YAP-ın 30 ildə keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır.