YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Mişustin: Birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq

Dünən keçirilən regionlararası forumda qarşılıqlı münasibətlərin gündəliyindəki məsələlərin hamısına toxunuldu. Danışıqların yekunlarına əsasən, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalandı.

Bu barədə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib.

Birgə infrastruktur-logistika layihələrinin bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacağını vurğulayan Rusiya Federasiyası Hökumətinin sədri burada Qərb marşrutunu – Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini xüsusi qeyd edərək deyib: “Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik”.

Mədəni-humanitar əlaqələrə ənənəvi olaraq xüsusi əhəmiyyət verildiyini bildirən Mixail Mişustin Bakıda Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərdiyini, Rusiyada Azərbaycandan olan on bir mindən çox tələbənin təhsil aldığını xatırladıb. Qeyd edib ki, insanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək.